Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin stendi “Ən innovativ stend” sertifikatına layiq görülüb

Dövlət Gömrük Komitəsinin stendi “Ən innovativ stend” sertifikatına layiq görülüb

4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Nəqliyyat, tranzit və logistika” sərgisində Dövlət Gömrük Komitəsinin stendi “Ən innovativ stend” sertifikatına layiq görülüb.

Üç gün müddətində Dövlət Gömrük Komitəsinin stendi xeyli sayda iştirakçılar tərəfindən ziyarət edilib, Komitənin son dövrlərdə istifadəyə verdiyi layihələr maraqla qarşılanıb.

Sərgidə Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS), Transxəzər Gömrük Tranzit Portalı, “ÖZÜNET” layihələri ilə bağlı videoçarxlar nümayiş etdirilib. Bununla yanaşı, Komitənin əməkdaşları gömrük rəsmiləşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı layihələrin faydaları haqqında sərgi iştirakçılarını ətraflı məlumatlandırıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 İyun 2024 11:05
195