Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“İş mühitində stressin idarə edilməsi” mövzusunda təlim keçirilib

“İş mühitində stressin idarə edilməsi” mövzusunda təlim keçirilib

Tovuz Gömrük İdarəsinin əməkdaşları üçün "İş mühitində stressin idarə edilməsi" mövzusunda təlim keçirilib.

Tovuz şəhər Gənclər Evində keçirilən təlimdə gömrük əməkdaşlarına komanda mühitinin qurulması, asudə vaxtın səmərəli keçirilməsi, stressin iş və şəxsi həyata mənfi təsirlərinin azaldılması, iş keyfiyyətinin yaxşılaşdırılması üçün bədən dilindən düzgün istifadəyə dair məlumatlar verilib.

Sonda iştirakçıların əldə etdikləri biliklər test vasitəsilə yoxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 İyun 2024 12:27
195