Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Güclü təsir edən və psixotrop tərkibli dərman vasitələri aşkar edildi

Güclü təsir edən və psixotrop tərkibli dərman vasitələri aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaj yüklərinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 42 kapsul güclü təsir edən “Lyrica 75 mg”, 60 həb psixotrop tərkibli “Tranko-Buskas 10mg+10mg” dərman vasitələri, 25 adda müxtəlif tibbi və dərman vasitələri, qida əlavələri, 1 ədəd “Lenovo” markalı noutbook, “İphone 15 pro 128 GB” və “İphone 13 pro 128 GB” markalı 2 ədəd mobil telefon, 15 ədəd müxtəlif adda elektronik əşyalara aid ehtiyat hissələri və aksesuarlar, tütün məmulatları və elektron siqaretlər, eləcə də vətəndaşın üzərindən 39 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 İyun 2024 13:24
195