Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqənin test imtahan mərhələsi keçirilib

Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqənin test imtahan mərhələsi keçirilib

İyunun 9-da Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində və tabeliyində olan qurumda mövcud olan vakant vəzifələr üzrə 2024-cü il 15 may tarixində elan edilən növbəti müsabiqənin test imtahanı mərhələsi keçirilib.  

Müsabiqənin test imtahan mərhələsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub. Ümumilikdə 1176 Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edib. Müsabiqənin test imtahan mərhələsindən müvəffəqiyyətlə keçən namizədlər növbəti-müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Namizədlərin müsahibə mərhələsinin nəticələrindən apellyasiya şikayət vermə hüququ nəzərdə tutulub.

Ümumilikdə müsabiqəyə 28 vakant vəzifə təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 İyun 2024 13:13
195