Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Özbəkistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib
Özbəkistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib
İyunun 10-da Dövlət Gömrük Komitəsində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanov ilə görüş keçirilib.
Görüşdə iki dost və qardaş ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin bütün sahələrdə, o cümlədən gömrük orqanları arasında əlaqələri daha da möhkəmləndirdiyi vurğulanıb.
Eyni zamanda Azərbaycan və Özbəkistan gömrük orqanlarının səmərəli, işgüzar əlaqələrinin iqtisadi münasibətlərin genişləndirilməsinə də töhfə verdiyi bildirilib.
Görüşdə Transxəzər Gömrük Tranzit Portalının gələcək fəaliyyəti, eləcə də gömrük işinin təşkili sahəsində məlumat və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
10 İyun 2024 13:33