Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyunun 21-də saat 10:00-da Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 1) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Xaçmaz, Quba, Qusar və Şabran rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 İyun 2024 10:39
195