Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının əməkdaşları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan İstiqlal muzeyini ziyarət ediblər.

Hospitalın əməkdaşlarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, 1993-cü il 15 iyun tarixində xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı barədə ətraflı məlumat verilib.

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları isə Sumqayıt şəhərində yerləşən Bayraq Muzeyini ziyarət ediblər. Gömrük əməkdaşlarına Ümummilli Liderin yenidən ölkə rəhbərliyinə qayıdışı, müstəqilliyimizin, dövlətçilik ənənələrimizin bərpası və qorunması istiqamətində əvəzsiz xidmətlərindən bəhs olunub.

15 İyun - Milli Qurtuluş Günü Astara Gömrük İdarəsində də qeyd olunub.

Tədbirdə Ulu Öndərin hakimiyyətə qayıdışı, onun dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi, qətiyyəti hesabına Azərbaycanın dünya birliyinin etibarlı üzvünə çevrildiyi diqqətə çatdırılıb.

Sonda  15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Gəncə Gömrük İdarəsi isə “Milli Qurtuluş Günü - millətin özünə inamının bərqərar olduğu gün” mövzusunda tədbir keçirib.

Gömrük İdarəsinin əməkdaşları tədbirdə “Heydər Əliyev və müstəqil Azərbaycan gömrüyünün inkişaf tarixi”, “Heydər Əliyevin gömrük xidmətinin təkmilləşdirilməsində rolu” mövzusunda çıxışlar ediblər.

Tədbirdə 15 İyun Milli Qurtuluş Günündən və Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

Balakən Gömrük İdarəsinin əməkdaşları Balakən şəhərində yerləşən Bayraq Muzeyini ziyarət ediblər. Gömrük əməkdaşlarına o dövrdəki ictimai-siyasi vəziyyət, Ümummilli Liderin xilaskarlıq missiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, məhz Ulu Öndərin hakimiyyətə  qayıdışı ilə Azərbaycan dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsindən xilas oldu, davamlı inkişaf yoluna qədəm qoydu.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 İyun 2024 11:35
195