DGKA ilə Biləsuvar Təhsil Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb
DGKA ilə Biləsuvar Təhsil Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
Biləsuvar Təhsil Kompleksinin icraçı direktor Aqşin Bağırov birgə fəaliyyətin yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb və yeni imzalanacaq memorandumun bu baxımdan uğurlu olacağına əminliyini vurğulayıb.
Daha sonra Anlaşma Memorandumu imzalanıb.
Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, birgə elmi-tədqiqatların aparılması, müəllimlərin peşəkar inkişafına dəstəyin göstərilməsi və digər məsələlər nəzərdə tutulub.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi