Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Gömrük Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndər tətəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövlətinin bu gün tarixinin ən güclü və ən qüdrətli dövrünü yaşadığı vurğulanıb. 

Daha sonra tədbirdə tələbələrin Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, dövlətimizin inkişafında dahi rəhbərin müstəsna xidmətləri mövzusunda məruzələri dinlənilib.

Sonda Milli Qurtuluş Gününə həsr edilən videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 İyun 2024 19:29
195