Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı gömrükçülərə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Gömrükçülər Heydər Əliyev Muzeyində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 İyun 2024 19:58
195