Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT ilə Azərbaycan gömrüyü arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

ÜGT ilə Azərbaycan gömrüyü arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Gömrük Komitəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə sədr müavini,   Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru Oystein Bormerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Norveç gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib, eyni zamanda gömrük əməliyyatlarının təkmilləşdirilməsi üçün rəqəmsal həllərin və avtomatlaşdırılmış proseslərin tətbiqi, elektron ticarət sahəsində gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin səmərəliliyinin artırılması, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

ÜGT ilə Azərbaycan gömrüyü arasında əməkdaşlığın perspektivləri, ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə  Avropa Regional Ofisinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Görüşdə  son dövrlərdə Azərbaycan gömrüyü tərəfindən rəqəmsal həllər əsasında reallaşdırılan layihələr barədə də məlumat verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyun 2024 13:03
195