Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında hava nəqliyyatında gömrük nəzarətinin təşkili, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı görüş keçirilib.  

İstanbul hava limanında keçirilən görüşdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirov və Komitənin Türkiyə Respublikasında nümayəndəsi Əsgər Məmmədov, İstanbul hava limanının gömrük idarəsinin əməkdaşları iştirak edib. 

Görüşdə hava nəqliyyatında gömrük nəzarətinə və gömrük rəsmiləşdirilməsinə aid məsələlər, gömrük hüquqpozmalarına qarşı operativ mübarizə tədbirlərinin həyata keçirilməsi, xüsusilə Bakı və İstanbul hava limanlarında sərnişinlərə nəzarət və sürətli kargo daşımalarının yoxlanılmasına dair təcrübə mübadiləsinə və bu sahələrdə əməkdaşlığın genişləndirlməsinə dair müzakirələr aparılıb.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 İyun 2024 18:39
195