Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xidmətə qəbul üçün müsabiqənin müsahibə mərhələsi keçiriləcək

Xidmətə qəbul üçün müsabiqənin müsahibə mərhələsi keçiriləcək

İyulun 1-də Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində və tabeliyində olan qurumda mövcud vakant vəzifələr üzrə xidmətə qəbul üçün müsabiqənin müsahibə mərhələsi başlayacaq.

Şəffaflıq və obyektivliyin təmin edilməsi üçün namizədlərin razılığı əsasında müsahibələrin video çəkilişi aparılacaq, ictimai birliklərin nümayəndələri və müstəqil ekspertlər müsahibə komissiyasının tərkibinə daxil ediləcək.

Müsahibənin proqramı və keçirilmə qrafiki ilə bağlı məlumatı Komitənin internet saytından (https://customs.gov.az/az/komite/xidmete-qebul) əldə edə bilərsiniz.

22 İyun 2024 12:02
195