Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində sahibkarlarla növbəti görüş keçirilib.

Görüşdə gömrük-biznes münasibətlərinin daha işgüzar və səmərəli şəkildə qurulmasının əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, gömrük sahəsində tətbiq edilən yeniliklər, layihələrlə bağlı sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi əsas prioritet hədəflərdəndir.

Görüşdə “ÖZÜNET” layihəsi, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və müraciət formasının doldurulması qaydaları barədə məlumat verilib və  videoçarx nümayiş etdirilib.

Bildirilib ki, “ÖZÜNET” platformasına daxil olan hər bir şəxs Dövlət Gömrük Komitəsinin bütün elektron xidmətlərindən vahid məkandan istifadə edə bilər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

22 İyun 2024 12:30
195