Gömrük əməkdaşları üçün “Stresin idarə olunması” mövzusunda təlim keçirilib
Gömrük əməkdaşları üçün “Stresin idarə olunması” mövzusunda təlim keçirilib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib.
Stress və onun qarşısının alınması sahəsində gömrük işçilərini məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə yüksəkixtisaslı mütəxəssislər “Stresin idarə olunması”, “Stresə davamlılığın artırılması üçün istifadə edilən strategiyalar və praktiki metodlar”, “Vizual psixodiaqnostikanın texnikaları” və “Münaqişəli halların idarə edilməsi” mövzularında təqdimatla çıxış ediblər.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ərəfəsində çoxsaylı qonaqların ölkəmizə səfərini nəzərə alaraq bu kimi təlimlərin keçirilməsinin zəruriliyindən bəhs edilib, eyni zamanda təlimdə stresin iş prosesinə və sağlamlığa göstərdiyi mənfi amillər, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları, səmərəli iş mühitinin yaradılmasında komanda işinin və effektiv ünsiyyətin əhəmiyyəti mövzularında danışılıb və müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi