Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Silahlı Qüvvələr Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib

Silahlı Qüvvələr Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri, Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular, o cümlədən qazilərlə görüş keçirilib.

Görüşdə ordu qoruculuğu, xalq-ordu birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərimizdən söz açılıb, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən qəhrəman şəhidlərimizə minnətdarlıq ifadə olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşları isə əlamətdar gün münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər. Gömrük əməkdaşlarına muzeyin yaradılması, tarixi, fəaliyyət istiqamətləri, burada nümayiş etdirilən eksponatlar barəsində ətraflı məlumat verilib.

Astara Gömrük İdarəsində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Azərbaycanda yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordunun formalaşmasından, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi uğrunda Azərbaycan əsgərinin şücaət və fədakarlığından bəhs edilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

25 İyun 2024 18:25
195