Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyaları keçirilir

ÜGT Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyaları keçirilir

İyunun 27-də Belçika Krallığının Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 143/144-cü sessiyaları öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyanın ilk günündə ÜGT Baş katibi İan Saundersin hesabatı dinlənilib, potensialın gücləndirilməsi, tarif və ticarət, dəyər, nomenklatura və təsnifat, mənşə qaydaları, nəzarət və asanlaşdırma mövzularında texniki məsələlər üzrə müzakirələr aparılıb.

Üç gün davam edəcək tədbirdə, həmçinin regional məsləhətləşmələrlə yanaşı, “Özəl Sektor Məşvərət Qrupu”, ÜGT-nin “Ticarətin və Təchizat Zəncirinin Təhlükəsizliyi üzrə Standartlar Çərçivəsi (SAFE)”, “Həssas Sərhədlər üzrə Fəaliyyət Planı” ilə bağlı geniş hesabatlar təqdim olunacaq, o cümlədən elektron ticarət və səyahətçilər üçün gömrük prosedurlarının və nəzarətinin asanlaşdırılması, “Yaşıl gömrük”, “ÜGT-nin 2022-2025-ci illər üzrə Strateji Planı və 2024-2025-ci illər üzrə İcra Planı” ilə bağlı məsələlərə baxılacaq.

Eyni zamanda sessiyalarda Gömrük Əməkdaşlıq Şurasının, Maliyyə və Audit komitələrinin sədri və sədr müavinləri vəzifələrinə, həmçinin Siyasi Komissiyanın, Maliyyə və Audit komitələrinin üzvlərinin müəyyən edilməsi məqsədilə seçkilər keçiriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 İyun 2024 19:03
195