Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Gəncə Gömrük İdarəsinin fəaliyyət zonasına daxil olan xarici ticarət iştirakçıları ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində növbəti görüş keçirilib.

İlk olaraq tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar, onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Dünya Mikro, Kiçik və Orta Sahibkarlıq gününə təsadüf edən görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Gəncə-Qazax regional koordinatorluğunun nümayəndələri də iştirak edib.

Tədbir zamanı gömrük sferasında tətbiq edilən yeniliklər, elektron həllərə əsaslanan ÖZÜNET layihəsi, malların preferensial mənşəyi, “elektron müraciət” xidməti barədə təqdimatlar nümayiş etdirilib. Biznes subyektlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar gömrük əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 İyun 2024 12:29
195