Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib
Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Toksikoloqlar Dərnəyinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə toksikologiya üzrə “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib.
Simpoziumda çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov ölkəmizdə zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması kimi problemin aktual olduğunu qeyd edərək insanların maarifləndirilməsi məqsədilə çap edilmiş metodik vəsaitin əhəmiyyətindən danışıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov kitabın məktəblərdə də tədrisin bir hissəsi olaraq müxtəlif formalarda istifadə edilməsinin önəmini vurğulayıb və qeyd edilib ki, ölkəmizdə hazırda bu vəsait həm ölkə vətəndaşları üçün, həm də səhiyyə işçiləri üçün çox vacib məlumatları ehtiva edir.
Elmi Simpoziumda “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə” mövzularında məruzələr ediblər. Simpozium müzakirələr və sual-cavab sesiyaları ilə davam edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi