Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş Astara Gömrük İdarəsində keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş Astara Gömrük İdarəsində keçirilib

Astara Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüş  gömrük-biznes münasibətlərinin gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklər barədə biznes nümayəndələrinin məlumatlandırılması, gömrük rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin operativ qaydada həll edilməsi məqsədilə təşkil edilib.

Görüşdə iyun ayından etibarən tətbiqinə başlanan “ÖZÜNET” layihəsi barədə təqdimat nümayiş etdirilib, elektron həllərə əsaslanan layihənin faydaları barədə məlumat verilib.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 İyun 2024 11:12
195