Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Əməkdaşlıq Fonduna dair müqavilə imzalanıb

Gömrük Əməkdaşlıq Fonduna dair müqavilə imzalanıb

Xəbər verdiyimiz kimi Belçika Krallığının Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 143/144-cü sessiyaları keçirilir.

186 üzv dövlətin gömrük adminstrasiyalarının təmsil olunduğu sessiyanın sonuncu günündə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders imzalayıblar.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz)  üçün təsis edilən Azərbaycan Gömrük Əməkdaşlıq Fondu bu istiqamətdə həyata keçiriləcək layihələrə dəstək məqsədilə yaradılıb və Orta Dəhliz ölkələri ilə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, ÜGT-də Yaponiya, Koreya, Almaniya tərəfindən də təsis edilmiş fondlar var.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

29 İyun 2024 15:49
195