Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Əməkdaşlıq Şurasının sessiyaları çərçivəsində ikitərəfli görüşlər keçirilib

Gömrük Əməkdaşlıq Şurasının sessiyaları çərçivəsində ikitərəfli görüşlər keçirilib

Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 143/144-cü sessiyaları çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Oman, Tunis, daha sonra İsrail və Polşa nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşlərdə ölkələrimizin gömrük qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, təcrübə və məlumat mübadiləsi, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi, qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək sazişlərin hazırlanması, qaçaqmalçılıqla mübarizə, gömrük işinin təşkili sahəsində elektron həllərin tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 İyun 2024 15:57
195