Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində DGK əməkdaşı Vahid Əmirli dünyasını dəyişib, digər əməkdaşlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və hazırda onların müalicəsi davam etdirilir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi dünyasını dəyişən əməkdaşımıza Allahdan rəhmət diləyir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərliyi əməkdaşların ailələri ilə əlaqədədirlər və bütün zəruri tədbirlər həyata keçirilir. 

1 İyul 2024 11:21
195