Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Dövlət Gömrük Komitəsində yeni təlim və inkişaf siyasətinə uyğun olaraq daxili təlimçilərin mentorinq proqramı öz işinə başlayıb. Bu məqsədlə gömrük orqanlarında təlim və inkişaf sisteminin təkmilləşdirilməsi, həmçinin təlim keçmə bacarığı olan əməkdaşların seçilməsi məqsədilə gömrük əməkdaşları üçün Şamaxı rayonunda üçgünlük təlim keçirilib.

Komitə aparatında, ərazi və ixtisaslaşmış gömrük orqanlarında fəaliyyət göstərən 29 gömrük əməkdaşının iştirak etdiyi təlimdə Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Şamo Mürşüdov “Təlimçilər üçün təlim”, “İnsan psixotipləri-DİSC modeli”, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Güloğlan Muradlı “COP 29 Azərbaycan”, “DEMETER beynəlxalq hüquq-mühafizə əməliyyatı”, İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov  isə “Gömrük orqanlarında təşkilati etik mədəniyyət”, “Gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydaları üzrə təlimçilərin təlimi” mövzularında təqdimatlarla çıxış ediblər.

Təlimdə sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, ekspertlərin aidiyyəti sahələr üzrə təklifləri dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 İyul 2024 17:54
195