Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən xidmətlər barədə sorğu keçirilib
Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən xidmətlər barədə sorğu keçirilib
Vətəndaş və sahibkar məmnuniyyətinin, xidmətlərin əlçatanlığının, şəffaflığın artırılması, gömrük işinin təşkili prosesində ictimai iştirakçılığın təmin olunması Dövlət Gömrük Komitəsinin əsas strateji hədəflərindəndir. Gömrük orqanları fikir və təkliflərin öyrənilməsi, ictimai rəyin müəyyənləşdirilərək tətbiq ediləcək layihə və yeniliklərdə öz əksini tapmasına xüsusi diqqət göstərir.
Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən Komitə yanında İctimai Şuranın dəstəyi ilə onlayn formada “Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən xidmətlər barədə məmnunluq sorğusu” keçirilib. Keçirilmiş sorğu nəticəsində ümumilikdə rəyi öyrənilən 2910 respondentin 83%-i göstərilən xidmətlərdən razı, 5%-i narazı 12%-i isə qərarsız olduğunu bildirib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəticələrinə gəldikdə, respondentlərin 87%-i göstərilən xidmətlərdən razı, 5%-i narazı 8%-i isə qərarsız olduğunu qeyd edib.
Fiziki şəxslərin nəticələrinə gəldikdə isə respondentlərin 78%-i göstərilən xidmətlərdən razı, 5%-i narazı 17%-i isə qərarsız olduğunu bildirib.
Qeyd edək ki, sözügedən sorğuda 1606 nəfər (55%) sahibkar olmayan fiziki şəxs, 875 nəfər (30%) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və 429 nəfər (15%) hüquqi şəxs iştirak edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi