Sənaye və texnologiyalar parklarının rezidentlərinin nümayəndələri ilə görüş keçirilib
Sənaye və texnologiyalar parklarının rezidentlərinin nümayəndələri ilə görüş keçirilib
İyulun 5-də Sumqayıt Gömrük İdarəsində sənaye və texnologiyalar parklarının rezidentlərinin nümayəndələri ilə görüş keçirilib.
Sumqayıt Gömrük İdarəsi, Azad və Xüsusi İqtisadi Zonalar Üzrə Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan görüş gömrük-biznes münasibətlərinin gücləndirilməsi, gömrük rəsmiləşdirilməsi prosesinin asanlaşdırılması və sürətləndirilməsi, qarşıya çıxan məsələlərin operativ qaydada həll edilməsi, tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması məqsədilə təşkil edilib.
Görüşdə elektron həllərə əsaslanan “ÖZÜNET” layihəsi və Sənaye və texnologiyalar parklarının fəaliyyətinin təhlilinə dair təqdimatlar nümayiş etdirilib, bu istiqamətdə həyata keçirilən işlərin əhəmiyyətindən söhbət açılıb.
Tədbirin sonunda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi