Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsinə mediatur başa çatıb

Naxçıvan Baş Gömrük İdarəsinə mediatur başa çatıb

İyulun 6-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri və media nümayəndələri Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində olublar.

Mediatur iştirakçılarına Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində tətbiq edilən yeniliklər barədə məlumat verilib.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev bildirib ki, 10,4 hektar ərazini əhatə edən Sədərək gömrük-sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Gömrük postunun gündəlik buraxılış qabiliyyəti 2000-3000 nəfər sərnişin, 500-600 ədəd yük nəqliyyat vasitəsi, 350-400 ədəd minik nəqliyyat vasitəsi təşkil edir. Mövcud infrastruktur daha böyük həcmdə sərnişin və nəqliyyat vasitələrinin keçidinə imkan verir.

Postun girişində 7,3 hektar ərazidə TIR parkı var. Nəqliyyat vasitələrinin axınının düzgün şəkildə tənzimlənməsində, səmərəli fəaliyyətin təşkilində bu parkın rolu böyükdür.

Ötən illə müqayisədə tranzit nəqliyyat vasitələrinin keçidində artım nəzərə çarpır.

Qeyd edilib ki, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində heç bir rəsmiləşdirilmə aparılmır. Rəsmiləşdirilmə Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində həyata keçirilir.

Bununla da Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə ikigünlük səfəri başa çatıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 İyul 2024 16:02
195