Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Əməkdaşlığa dair memorandum imzalanıb

Əməkdaşlığa dair memorandum imzalanıb

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Əməkdaşlıq sənədini Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov imzalayıblar.

İmzalanan əməkdaşlıq sənədi əlilliyi olan şəxslərin, o cümlədən uşaqların Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Mərkəzi Gömrük Hospitalında ümumi tibbi müayinələrinin, lazımi diaqnostik prosedurlarının və ehtiyac olduqda cərrahi əməliyyatlarının həyata keçirilməsini əhatə edir. Memoranduma əsasən, əlilliyi olan şəxslərin tibbi maarifləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 İyul 2024 10:56
195