Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Belomorkanal" markalı papiroslar aşkarlanıb

"Belomorkanal" markalı papiroslar aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Belomorkanal" markalı papirosların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 210740" markalı nəqliyyat vasitəsi saxlanılıb və yoxlama aparılıb.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 3750 ədəd "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Fevral 2020 00:00
195