Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti iclas keçirilib

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti iclas keçirilib

Dövlət Gömrük Komitəsində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti görüşü keçirilib.

Görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

Həmçinin, altqrupun 2024-cü il üçün Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində görülmüş işlərə dair məlumatlar diqqətə çatdırılıb, icra vəziyyəti müzakirə edilib və aidiyyəti dövlət qurumlarının iştirakı ilə atılacaq növbəti addımlara dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, dövlət qurumları ilə özəl sektorun birgə fəaliyyəti ölkənin investisiya cəlbediciliyinin artırılmasına, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə, həmçinin bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə böyük töhfə verməkdədir və altqrupun fəaliyyət istiqamətləri çərçivəsində xüsusi əhəmiyyətə malikdir.

Daha sonra, görüşün gündəliyinə uyğun olaraq xarici ticarət iştirakçıları tərəfindən qısa idxal bəyannaməsinin tərtibi və idxal əməliyyatları zamanı ƏDV-nin yönləndirilməsi ilə bağlı onların qarşılaşdıqları çətinliklər barədə təkliflər dinlənilib, habelə sərhəd-keçid məntəqələrinin yüklülüyünün azaldılması, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük nəzarəti tədbirlərinin sürətləndirilməsi və yaranan xərclərin optimallaşdırılması ilə bağlı görülən işlər barədə məlumatlar təqdim edilib.

Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 İyul 2024 16:26
195