Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüş gömrük-biznes münasibətlərinin gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklər barədə biznes nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkil edilib.

Tədbirdə gömrük rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin operativ qaydada həll edilməsi ilə bağlı müzakirələr aparılıb, həmçinin “ÖZÜNET” layihəsi barədə təqdimat nümayiş etdirilib, elektron həllərə əsaslanan layihə barədə geniş məlumat verilib. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi bütün elektron xidmətlərin cəmləşdiyi və bir nöqtədən idarə olunan sözügedən platformanın faydaları diqqətə çatdırılıb.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 İyul 2024 15:02
195