Dövlət Gömrük Komitəsinin əməkdaşları dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıblar
Dövlət Gömrük Komitəsinin əməkdaşları dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıblar
Dövlət Gömrük Komitəsinin əməkdaşları "Bakı Ekspo Mərkəzi"ndə keçirilən “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıblar.
"Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.
Artıq 4-cü dəfədir ki, ölkəmizdə təşkil edilən müsabiqəyə qeydiyyat üçün 15877 nəfər müraciət etsə də, yarımfinal mərhələsində iştirak edən 315 namizəddən 118 nəfəri finala yüksəlib. İştirakçılar müxtəlif keyslər üzrə gərgin mübarizə aparıb, öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Bu mərhələdə Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin əməkdaşı Turan Namazlı və Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Şəfəq Həsənəlizadə uğur qazananlar sırasına adlarını yazdırıblar.
Qeyd edək ki, final mərhələsi 19-21 iyul tarixlərində keçiriləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi