Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Əməliyyat müşavirəsi keçirilib

Əməliyyat müşavirəsi keçirilib

Fevralın 7-də Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində əməliyyat müşavirəsi keçirilib.Müşavirədə İstintaq və Təhqiqat İdarəsi tərəfindən 2019-cu ildə görülən işlər 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.Azərbaycan Respublikasının Baş Prokurorluğu Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin əməkdaşlarının da iştirak etdiyi müşavirədə çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən innovativ islahatlar çərçivəsində Əməliyyat-İstintaq Baş İdarəsinin təşkil olunduğunu, aparılan struktur islahatlarının gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində effektiv idarəçiliyin tətbiq olunmasına şərait yaratdığını bildirib.Bütün gömrük əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Baş İdarə rəisi, əməkdaşların iş şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışıb, xidmətdə fərqlənən gömrükçülərin dövlət və Komitə rəhbərliyi tərəfindən mükafat və təltiflərə layiq görüldüyünü diqqətə çatdırıb.Xüsusilə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayan Məsum Rəsulov, qarşıya çıxan problemlərdən və nöqsanlardan, neqativ halların aradan qaldırılması istiqamətində görüləcək işlərdən bəhs edib.İstintaq və Təhqiqat İdarəsinin rəisi Ülvi Zülfüqarov bildirib ki, ötən il təhqiqat şöbəsi tərəfindən 43 hüquqpozma faktı araşdırılıb ki, bunlardan 31-i cinayət xarakterli, 12-si isə gömrük qaydaları əliyhinə inzibati xətalar olub. İstintaq şöbəsində isə 638 material icraata götürülüb. 2018-ci illə müqayisədə 98 cinayət işi və ya 22 % daha çox cinayət işi açılıb, eyni zamanda məhkəməyə göndərilən cinayət işlərinin sayı da artıb.Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov 2019-cu ildə görülən işlər barədə məlumat verdikdən sonra Respublika Prokurorluğunun əməkdaşı Əli Qurbanov çıxış edərək gömrük sistemində həyata keçirilən islahatlar hesabına təhqiqat-istintaq fəaliyyətində də uğurlu nəticələrin əldə olunduğunu bildirib və ümumilikdə, idarənin fəaliyyətini yüksək qiymətləndirib.Daha sonra Əməliyyat İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli hüquq-mühafizə qurumları ilə qurulan səmərəli və işgüzar əməkdaşlığın 2019-cu ildə müsbət nəticələr əldə olunmasında mühüm rol oynadığını vurğulayıb və fəaliyyətin effektivliyinin artırılması istiqamətində atılacaq addımlardan danışıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Fevral 2020 00:00
195