Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqaretləri gizlətmək cəhdi baş tutmadı

Siqaretləri gizlətmək cəhdi baş tutmadı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı isə avtomobilin yük yerində "KING" markalı 6000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Fevral 2020 00:00
195