Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı

Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Kia optima" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə, yoxlama zamanı avtomobilin ön oturacaqlarında gizlədilən 1 ədəd "Redmi Note 8", 1 ədəd "Samsung Galaxy A51" və 7 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Fevral 2020 00:00
195