Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Könüllü gömrükçü"lər Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

"Könüllü gömrükçü"lər Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

Dövlət Gömrük Komitəsində formalaşdırılmış 3-cü "Könüllü gömrükçü" dəstəsinin üzvləri fəaliyyət göstərəcəkləri struktur bölmələrin kollektivlərinə təqdim olunub.

Bu məqsədlə keçirilən görüşlərdə Baş idarələrin strukturu, fəaliyyət istiqamətləri və iş prinsipləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, dəstənin 300-ə yaxın üzvü olan könüllülərdən 4 nəfər Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsində, 2 nəfər Hüquqi Təminat İdarəsində, 5 nəfər İnzibati İdarəetmənin Təşkili İdarəsində, 1 nəfər İnsan Resursları İdarəsində, 4 nəfər Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsində, 4 nəfər Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsində, 2 nəfər Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsində, 2 nəfər Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsində, 3 nəfər Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində, 5 nəfər Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsində, 3 nəfər Növbətçi Hissələrin İdarəedilməsi Xidmətində, 24 nəfər Əməliyyat-İstintaq Baş İdarəsində, 46 nəfər Bakı Baş Gömrük İdarəsində, 7 nəfər Sumqayıt Baş Gömrük İdarəsində, 2 nəfər Şimal Ərazi Baş Gömrük İdarəsində, 9 nəfər Cənub Ərazi Baş Gömrük İdarəsində, 4 nəfər Qərb Ərazi Baş Gömrük İdarəsində, 96 nəfər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, 10 nəfər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, 11 nəfər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində, 4 nəfər Mərkəzi Gömrük Ekspertizası İdarəsində, 2 nəfər Baş Gömrük Mühafizə Xidmətində, 12 nəfər isə Tibbi Xidmət İdarəsində könüllülük fəaliyyəti göstərəcək.

3 ay ərzində könüllülər təcrübəli əməkdaşların nəzarətində malların gömrük rəsmiləşdirilməsi, gömrük nəzarətinin həyata keçirilməsi, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydaları, sadələşdirilmiş bəyannamələrin tərtibatı ilə yaxından tanış olacaq, praktiki bacarıqlar əldə edəcəklər.

Xatırladaq ki, hər bir "Könüllü gömrükçü" dəstəsinin üzvü ilə Azərbaycan Respublikası "Könüllü fəaliyyət haqqında" Qanununun tələbinə müvafiq olaraq müqavilə bağlanılıb, eyni zamanda hər bir könüllü xüsusi geyim dəsti ilə təmin olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Fevral 2020 00:00
195