ABŞ-ın İN və STP-nın Türkiyə və Azərbaycan üzrə müşaviri Gömrük Akademiyasında olub
ABŞ-ın İN və STP-nın Türkiyə və Azərbaycan üzrə müşaviri Gömrük Akademiyasında olub
Martın 3-də ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Keys Roberts Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.
Akademiyanın rəisi Qulu Novruzov qonağa Akademiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris və təlim prosesi haqqında məlumat verib. O, Akademiyada bakalavr və magistr təhsili ilə yanaşı, gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərindən də söz açıb. Beynəlxalq əməkdaşlığın Akademiya üçün əhəmiyyətini vurğulayan Qulu Novruzov Avropa və ABŞ universitetləri ilə əlaqələrin qurulmasında, uyğun istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Keys Roberts Akademiyada olmaqdan məmnunluğunu bildirib və səmimi görüşə görə təşəkkür edib. O, Akademiyada həyata keçirilən müsbət dəyişikliklərin diqqəti cəlb etdiyini deyib. Qonaq universitetlər arası əlaqələrin qurulmasının təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində rolunu qeyd edib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq imkanları, Akademiya ilə ABŞ universitetləri arasında qarşılıqlı mübadilə və digər maraq doğuran məsələlər müzakirə olunub.
Sonra qonaq Akademiyada yaradılan infrastrukturla tanış olub.