Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksessuarları aşkarlandı

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksessuarları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Tbilisi-Bakı" sərnişin qatarı ilə Gürcüstandan gələn Azərbaycan Respublikasının 3 vətəndaşının əl yükünə baxış keçirilib. Bu zaman sərnişinlərdən ikisinin üst geyimlərinin ciblərində 9 ədəd "İphone 11 Pro" və 5 ədəd "Samsung Galaxy Fold" markalı mobil telefonlar, gömrük nəzarətinə təqdim edilən, üzərində "Play Station 4" və "Eurolux" yazılan qutuların içərisindən isə 3 ədəd "İphone watch" markalı saat, 6 ədəd "İphone Airpods" markalı qulaqlıq, eləcə də içərisində qulaqlıq və yükləyicilər olan 4 ədəd "Samsung Galaxy Z Flip" markalı mobil telefonlara məxsus qutu aşkarlanıb.Əməliyyat məlumatının davamı olaraq həmin qatarın digər kupesində olan sərnişinin üst geyiminin ciblərindən isə 4 ədəd "Samsung Galaxy Z Flip" markalı mobil telefon, içərisində 1 ədəd qulaqlıq, 1 ədəd yükləyici olan 27 ədəd "İphone", içərisində 1 ədəd yükləyici, 1 cüt bluetooth qulaqlıq olan 5 ədəd "Samsung Galaxy" Fold" markalı mobil telefonlara məxsus qutular aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Mart 2020 00:00
195