Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə xeyli dərman preparatı və qadın geyimləri aşkarlandı

Avtomobildə xeyli dərman preparatı və qadın geyimləri aşkarlandı

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada-219020 Granta" markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 97 ədəd şüşə flakon və 1400 həb müxtəlif adda dərman preparatları, həmçinin 32 ədəd müxtəlif markalı qadın geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Mart 2020 00:00
195