Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə tibbi ləvazimatlar aşkarlandı

    Avtomobildə tibbi ləvazimatlar aşkarlandı

    Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Scania R480" markalı avtomobil ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

     

    Şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı avtomobilin salonundakı yorğanların içərisində gömrük nəzarətindən gizlədilən, 294 qutu və 1265 flakon müxtəlif adda tibbi ləvazimatlar aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

     

    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

    13 Mart 2020 00:00
    195