Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyası beynəlxalq onlayn konfransda iştirak edib

Gömrük Akademiyası beynəlxalq onlayn konfransda iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyası Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə "Universitetlərin koronavirusa cavabı: Yeni təhsil mühitində davamlı inkişaf və akademik əməkdaşlığı necə təmin etmək olar?" mövzusunda keçirilən beynəlxalq onlayn konfransda iştirak edib.RANEPA Şimal-Qərb İdarəetmə İnstitutu Beynəlxalq münasibətlər şöbəsinin müdiri Nataliya Muyzinikin moderatorluğu ilə keçirilən beynəlxalq konfransda Gömrük Akademiyası ilə yanaşı, Almaniyanın Lüdviq Maksimillian Universiteti, Fransanın Bordo Siyasi Elmlər İnstitutu, Çinin Şanxay Gömrük Kolleci, Taylandın İnkişaf İdarəçiliyi Milli İnstitutu, Belarus Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Özbəkistan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Tacikistan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Çexiyanın Tomas Bata Universiteti daxil olmaqla 20-dən çox ölkədən 160-dan artıq nümayəndə iştirak edib.Gündəlikdəki mövzularla bağlı müzakirələrdən əvvəl iştirakçılar təmsil etdikləri ölkələrdəki ümumi epidemioloji vəziyyət barədə məlumat veriblər. Daha sonra distant təhsilin təşkili, o cümlədən məsafədən idarəetmə və distant iş prosesinin qurulmasi, universitetlərin uzaqdan beynəlxalq əməkdaşlıq imkanları (tələbələr və professor-müəllim heyətinin virtual hərəkətliliyi, qış və yay məktəbləri, tədqiqat qruplarının işləri və s.), eyni zamanda, akademik hərəkətliliyin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Elvin Məcidov Akademiyada onlayn təhsilə keçid prosesində görülən işlər barədə məlumat verib, beynəlxalq təcrübənin öyrənildiyini, onlayn tədris prosesinin dayanıqlılığının təmin olunduğunu, monitorinqinin və qiymətləndirilməsinin aparıldığını, zəruri İKT resursları ilə tam təmin edildiyini bildirib. Görülmüş tədbirlər nəticəsində ölkəmizdəki ali təhsil müəssisələri arasında ilk olaraq Gömrük Akademiyasında 30 mart 2020-ci il tarixdən etibarən onlayn dərslərin müvafiq tədris cədvəlinə əsasən tam həcmdə, göstərilən vaxt və müddətdə keçirilməsinin təmin olunduğunu vurğulayıb. Həmçinin pandemiya dövründə beynəlxalq əməkdaşlıq sahəsində yaranmış yeni imkanlardan bəhs olunub, onlayn gömrük təlimlərinin keçirilməsi üçün Akademiyanın potensialının daha da inkişaf etdirilməsi istiqamətində addımların atıldığı qeyd edilib.RANEPA Şimal-Qərb İdarəetmə İnstitutu Beynəlxalq münasibətlər şöbəsinin müdiri Nataliya Muyzinik təmsil etdiyi ali təhsil müəssisəsinin Gömrük Akademiyası ilə genişlənməkdə olan ikitərəfli əməkdaşlığa hazır olduğunu qeyd edib.

1 May 2020 00:00
195