Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Yük avtomobilində dərman preparatları aşkarlandı
Yük avtomobilində dərman preparatları aşkarlandı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib.Lakin yoxlama zamanı qoşqunun altındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 35 qutu dərman preparatları və 60 qutu tibbi ləvazimatlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
20 May 2020 00:00