Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatları və siqaretlər aşkar edilib

Dərman preparatları və siqaretlər aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda iki fakt üzrə dərman preparatları və siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Baş idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşlarının idarə etdiy "Mercedez Benz Actros" və "DAF" markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitələrindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2060 ədəd "Parliament Heets", 200 ədəd "Marlboro micro", 1180 ədəd "King" markalı siqaretlər və 276 həb müxtəlif adda dərman preparatları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 İyun 2020 00:00
195