Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Dərman preparatlarını gizlədərək keçirmək istədi
Dərman preparatlarını gizlədərək keçirmək istədi
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı boşluqda gömrük nəzarətinə bəyan edilməyən 592 ədəd həb, 60 ədəd kapsul, 28 flakon müxtəlif adda dərman preparatları, eləcə də 200 ədəd iynə-qələm başlıqları, 100 ədəd test çubuğu, 24 ədəd spris-qələmlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
11 İyul 2020 00:00