Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobillərdə gizlədilən siqaretlər, dərman preparatları və qaynaq vasitələri aşkar edildi

Avtomobillərdə gizlədilən siqaretlər, dərman preparatları və qaynaq vasitələri aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə siqaretlərin, siqaret tütünü doldurmaq üçün nəzərdə tutulan kağızların, qaynaq vasitələrinin və dərman preparatlarınım qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin "Qırmızı Körpü" gömrük postunda iki ədəd "DAF", eləcə də "FORD" və " RENAULT" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8600 ədəd siqaret tütünü doldurmaq üçün kağız, 3400 ədəd "Marlboro" markalı siqaret, 97,86 kq qaynaq vasitələri, 600 kapsul, 300 ədəd həb və 5 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.

 Faktlarla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 İyul 2020 00:00
195