Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqaret və dərman preparatları aşkar edildi

Siqaret və dərman preparatları aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatları və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz" markalı iki yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 3000 ədəd "Marlboro edge" markalı siqaret, 824 ədəd və 2 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 İyul 2020 00:00
195