Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bəyan olunmayan mallar aşkar edildi

Bəyan olunmayan mallar aşkar edildi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.Baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan olunmayan 34 ədəd müxtəlif kosmetik vasitə və ləvazimatları, elektron siqaret aparatları, 80 ədəd elektron siqaret aparatları üçün təmizləmə çubuğu, 6 flakon dərman preparatı, 1 ədəd "Apple" markalı qol saatı, 756 həb baytarlıq preparatı, 2 ədəd qadın üçün gödəkçə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

17 Avqust 2020 00:00
195