Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində sahibkarlarla görüş keçirilib

Dövlət Gömrük Komitəsində sahibkarlarla görüş keçirilib

Dövlət Gömrük Komitəsində iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə DGK Katibliyinin rəisi Anar Süleymanov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Katibliyinin rəisi Anar Süleymanov avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verib. A.Süleymanov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd sözügedən qərarda əksini tapan dəyişikliklərin bütün detallarını bu sahədə fəaliyyət göstərən şirkət nümayəndələrinin birbaşa diqqətinə çatdırmaq, onları narahat edən məqamlara aydınlıq gətirməkdir.

Qeyd olunub ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsini təkmilləşdirəcək, kölgə iqtisadiyyatı ilə mübarizəyə və qaçaqmalçılığın qarşısının alınmasına xidmət edəcək, eləcə də büdcə daxilolmalarında da mühüm rol oynayacaq.

Görüşün sonunda iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılıb, sözügedən qərarla bağlı geniş müzakirələr aparılıb.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Sentyabr 2020 00:00
195