Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobillərdə dərman preparatları və avto-ehtiyat hissələri aşkarlanıb

Avtomobillərdə dərman preparatları və avto-ehtiyat hissələri aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Sentyabr 2020 00:00
195