Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Külli miqdarda bəyan edilməyən mallar aşkarlandı
Külli miqdarda bəyan edilməyən mallar aşkarlandı
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda ətirlərin və ətir yağlarının gömrük nəzarətinə bəyan etmədən keçirilmə cəhdinin qarşısını alıblar.
Belə ki, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumata əsasən Xaçmaz dəmir yolu stansiyasında Rusiya Federasiyasına gedən qatara gömrük baxışı keçirilib. Qatarın vaqonlarının birində 76 ədəd karton qutularda olan alma yükünün içərisindən gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 418 ədəd ətir, 126 ədəd ətir yagi, 223 ədəd qəlyan tütünü, 1 ədəd etiket hazırlayan aparat, eləcə də külli miqdarda ətir qabları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
21 Dekabr 2020 00:00